EN

Yeni bir ölkə "İbrahim Sazişləri"nə qoşulacaq - Stiv Uitkoff

Bakı. Trend:

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff yaxın vaxtlardadaha bir ölkənin "İbrahim Sazişləri"nə qoşulacağını bəyan edib.

Trend-inməlumatına görə, bu barədə Uitkoff Mayamidə keçirilən AmerikaBiznes Forumunda çıxışı zamanı bildirib.

"Bu axşam Vaşinqtona qayıdıram, çünki 'İbrahim Sazişləri'nəbaşqa bir ölkənin qoşulduğunu elan edəcəyik", – deyə ABŞ rəsmisivurğulayıb.

Xatırladaq ki, 2020-ci ildə ABŞ-nin vasitəçiliyi ilə İsrail vəbir sıra ərəb ölkələri arasında münasibətlərin normallaşdırılmasıprosesinə start verilib. Bu təşəbbüs "İbrahim Sülh Sazişləri" adıilə tanınır.

İndiyədək Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeşsazişlərə qoşulub. Sudan isə prosesə maraq göstərərək deklarativhissəni imzalasa da, İsraillə yekun sənədi hələ imzalamayıb. ABŞPrezidenti Donald Tramp əvvəllər Səudiyyə Ərəbistanının dasazişlərə qoşulacağına ümid etdiyini bildirmişdi.

Chosen
59
az.trend.az

1Sources