EN

Heydər Əliyev adına liseydə “Sən qalibsən, Azərbaycan!” adlı tədbir keçirilib

Bakı, 7 noyabr, AZƏRTAC

Heydər Əliyev adına liseydə tarixi Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş “Sən qalibsən, Azərbaycan!” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı, Vətənimizin suverenliyi yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan liseyin direktoru Sevinc Orucova 44 günlük qələbəmizin tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin 30 illik işğaldan sonra torpaqlarımızda apardığı islahatlardan və Böyük Qayıdışla bağlı gördüyü işlərdən söz açıb.

Tədbirdə YAP Xətai rayon Təşkilatının məsləhətçisi Fidan Əliyeva, Vətən müharibəsi iştirakçısı, qazi Vüsal Həsənov və liseyin şəhid məzunu Cavid Manafovun anası Natəvan İbrahimova, valideynlər və digər qonaqlar iştirak ediblər.

Sonra liseyin şagirdləri şeirlər söyləyib, musiqilər, rəqs nümunələri göstəriblər. Tədbir iştirakçıları şagirdlərin ifasında Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığından bəhs edən kompozisiyaya tamaşa ediblər.

Chosen
12
2
azertag.az

3Sources