EN

Heydər Əliyev adına liseydə “Sən qalibsən, Azərbaycan!” adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Heydər Əliyev adına liseydə tarixi Zəfərimizin 5-ci ildönümünəhəsr olunmuş “Sən qalibsən, Azərbaycan!” adlı tədbir keçirilib.

Trend xəbər verirki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilibvə torpaqlarımızın azadlığı, Vətənimizin suverenliyi yolundacanlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan liseyin direktoru Sevinc Orucova 44günlük qələbəmizin tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevinlayiqli davamçısı Prezident İlham Əliyevin 30 illik işğaldan sonratorpaqlarımızda apardığı islahatlardan və Böyük Qayıdışla bağlıgördüyü işlərdən söz açıb.

Tədbirdə YAP Xətai rayon Təşkilatının məsləhətçisi FidanƏliyeva, Vətən müharibəsi iştirakçısı, qazi Vüsal Həsənov vəliseyin şəhid məzunu Cavid Manafovun anası Natəvan İbrahimova,valideynlər və digər qonaqlar iştirak ediblər.

Sonra liseyin şagirdləri şeirlər söyləyib, musiqilər, rəqsnümunələri göstəriblər. Tədbir iştirakçıları şagirdlərin ifasındaAzərbaycan əsgər və zabitlərinin qəhrəmanlığından bəhs edənkompozisiyaya tamaşa ediblər.

Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Chosen
15
2
az.trend.az

3Sources