EN

Məşhur iranlı şairin oğlu terror planına görə ABŞ-də saxlanıldı

ABŞ hakimiyyəti iranəsilli amerikalı şair Rocer Sedaratın 19 yaşlı oğlu Milo Sedaratı Detroytdakı barlarda partlayış törətməkdə ittiham edərək saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Milonun atası Rocer Sedarat tanınmış İran-Amerika şairi və Nyu-York şəhərindəki Kvins Kollecinin professorudur. Məlumata görə, onunla birgə Montklerdən olan 19 yaşlı Tomas Kaan Guzel də saxlanılıb.

Saxlanılmalar Federal Təhqiqat Bürosu (FTB) və Nyu-York Polis Departamentinin Kəşfiyyat Bürosu tərəfindən aparılan araşdırma çərçivəsində baş tutub.

Chosen
47
publika.az

1Sources