EN

Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş olduğuna inandığını deyib

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həllində irəliləyiş əldə edildiyinə inanır.

APA xəbər verir ki, Tramp bu barədə noyabrın 6-da Ağ Evdə mətbuata açıqlaması zamanı danışıb.

Son aylarda səkkiz münaqişəyə son qoymağa nail olduğuna əminliyini vurğulayan Tramp bunları deyib: "Biz daha birini əlavə etmək istəyirik. Bu mümkündür. Biz hələ bunu etməmişik, amma düşünürəm ki, çox irəliləyiş əldə etmişik. Biz sadəcə bu müharibənin bitməsini istəyirik. Biz bu müharibənin bitməsini görmək istərdik".

Chosen
54
apa.az

1Sources