EN

Putin ABŞ-yə hədə-qorxu gəldi: Rusiya cavab tədbirləri görəcək

Rəsmi Moskva Prezident Donald Trampın ABŞ-nin nüvə silahları sınaqlarını "dərhal" bərpa etməsi əmrinə cavab verdi. Ajans.az Al Jazeera kanalına istinadən xəbər verir ki, bununla əlaqədar Rusiya Prezidenti Vladimir Putin, Kremlin yüksək vəzifəli şəxslərinə nüvə silahı sınaqlarının mümkün bərpası üçün təkliflər hazırlamağı tapşırdı. Rusiya lideri Təhlükəsizlik Şurasına bildirib ki, əgər ABŞ və ya Hərtərəfli Nüvə Sınağına Qadağa Müqaviləsi imzalayan hər hansı bir ölkə nüvə silahı sınaqları keçirərsə, "Rusiya cavab tədbirləri görməyə borclu olacaq".

Qeyd edək ki, Rusiya 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra nüvə silahı sınaqları keçirməyib. 

Chosen
22
Ajans.az

1Sources