EN

Astanada beynəlxalq statistika forumu

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

Dünən Qazaxıstanın paytaxtı Astana şəhərində “Milli statistika sistemlərinin rəqəmsal transformasiyası” mövzusunda Beynəlxalq Forum öz işinə başlayıb. İki günlük toplantı çərçivəsində Qazaxıstanın dövlət statistika qurumunun 105 illik yubiley mərasimi də keçirilir. Toplantıda ölkəmizi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təmsil edir.

Forum zamanı innovativ informasiya texnologiyalarının tətbiqi (süni intellekt, maşın öyrənməsi və s.), məlumatların idarə olunmasına yeni yanaşmalar, onların təhlükəsizliyi və məxfiliyinin təmin edilməsi də daxil olmaqla rəsmi statistikanın modernləşdirilməsi, eləcə də kadr potensialının möhkəmləndirilməsi və təkmilləşdirilməsi, texniki infrastrukturun və statistik proseslərin transformasiyasının zəruriliyi, artan çağırışların birgə həlli yolları və istifadəçi ehtiyaclarının ödənilməsi imkanlarına dair aktual məsələlərlə bağlı müzakirələr aparılır.

Beynəlxalq toplantı milli statistika sistemlərinin rəqəmsal transformasiyası, məlumatların keyfiyyəti və müasir dünyada onların artan keyfiyyəti, rəsmi statistikada irihəcmli məlumatlardan istifadə potensialı, dövlət idarəetməsində süni intellekt texnologiyalarından istifadə, istifadəçi və məlumat istehsalçıları ilə kommunikasiya mövzularında sessiyalardan ibarətdir.

Forumun ilk günü Dövlət Statistika Komitəsinin statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Toğrul Əcəlov təqdimatla çıxış edərək Azərbaycanda keyfiyyətin idarə olunması sisteminin tətbiqi, metaməlumatlar və şəffaflıq, keyfiyyətə nəzarət cədvəlləri, ev təsərrüfatları büdcələri tədqiqatında və istehlak qiymətləri indeksinin hesablanmasında ilkin məlumatların keyfiyyətinin yoxlanılması, inzibati məlumatlar və onların statistik məlumatların keyfiyyətində rolu sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
6
xalqqazeti.az

7Sources