
“Apple” şirkəti qarşılıqlı razılaşma əsasında hər il xidmət ödənişi kimi “Google”-yə təxminən bir milyard dollar ödəyəcək.
Reyting.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, “Apple” şirkətinin “Google” kompaniyasına bu məbləği ödəməkdə məqsədi süni intellekt modelindən istifadə etməkdir. Bildirilir ki, bu addım “Siri” səsli köməkçisinin imkanlarını daha da genişləndirmək və təkmilləşdirmək məqsədi daşıyır.
Qeyd olunur ki, tərəflər artıq razılaşmanın yekunlaşması ərəfəsindədir. Yeni model “Siri”yə 1,2 trilyon parametr əlavə etməyə imkan verəcək.
Xatırladaq ki, bundan əvvəl “Apple” “Siri”ni inkişaf etdirmək üçün digər texnologiya nəhəngi - “OpenAI” şirkəti ilə də birgə əməkdaşlıq ehtimalını nəzərdən keçirmişdi.
Oqtay QORÇU