AZ

Apple hər il Google şirkətinə bir milyard dollar ödəyəcək

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Apple” şirkəti qarşılıqlı razılaşma əsasında hər il xidmət ödənişi kimi “Google”-yə təxminən bir milyard dollar ödəyəcək.Reyting.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.Məlumata görə, “Apple” şirkətinin “Google” kompaniyasına bu məbləği ödəməkdə məqsədi süni intellekt modelindən istifadə etməkdir. Bildirilir ki, bu addım “Siri” səsli köməkçisinin imkanlarını daha da genişləndirmək və təkmilləşdirmək məqsədi daşıyır.Qeyd olunur ki, tərəflər artıq razılaşmanın yekunlaşması ərəfəsindədir. Yeni model “Siri”yə 1,2 trilyon parametr əlavə etməyə imkan verəcək.Xatırladaq ki, bundan əvvəl “Apple” “Siri”ni inkişaf etdirmək üçün digər texnologiya nəhəngi - “OpenAI” şirkəti ilə də birgə əməkdaşlıq ehtimalını nəzərdən keçirmişdi.Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
60
50
reyting.az

10Mənbələr