EN

Meşələrin İnkişafı Xidməti həssas ərazilərdə ağacların nişanlanmasına başlayıb

Meşə fondu torpaqlarında qanunsuz ağac kəsintilərinin qarşısının alınması məqsədilə Meşələrin İnkişafı Xidməti tərəfindən xüsusi həssas meşə sahələrində ağacların inventarlaşdırılması və nişanlanması işlərinə başlanılıb.

İlkin mərhələdə proses cənub bölgəsində — Xidmətin 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarətində olan Yardımlı və Cəlilabad meşələrində aparılır. İşlər mərhələli şəkildə digər riskli meşə fondu ərazilərində də davam etdiriləcək.

Hər ağacın növü, diametri və yaşı qeydə alınır, ağaclara yerləşdirilən nişanlardakı QR kod vasitəsilə ictimaiyyət www.agac.az
 portalından məlumat əldə edə bilər. Bu sistem meşə mühafizəsində şəffaflığı artırmaq məqsədi daşıyır.

Bununla yanaşı, meşə fondu sərhədlərinin dəqiqləşdirilməsi istiqamətində Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə görülən işlər yekun mərhələdədir və 2025-ci ilin sonunadək tamamlanacaq.

Son bir ildə 1 869 hektar meşə fondu torpağı qanunsuz zəbt hallarından azad edilərək bərpa işlərinə cəlb olunub. Qazlaşdırılmayan kəndlərin, hərbi hissələrin və sosial obyektlərin odun tələbatının qarşılanması üçün yalnız Nazirliyin rəsmi saytında göstərilən sahələrdə odun tədarükü aparılıк.

N.Təbrizli

Chosen
50
anews.az

1Sources