EN

Zəngəzur dəhlizinə aparan yolun təmirindən SON GÖRÜNTÜLƏR – VİDEO

Yollar, tunellər çəkilir… Qovşaqlar, keçidlər qurulur… Bura Zəngəzur dəhlizinə aparan yoldur.

NOCOMMENT.az Xəzər TV-yə istinadən xəbər verir ki, Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını genişləndirməklə yanaşı, Cənubi Qafqazı logistika qovşağına çevriləcək. Hətta bu layihə daha genişmiqyaslı inteqrasiyanı nəzərdə tutur.

2021-ci il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentlərinin təməlini qoyduqları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu strateji əhəmiyyətə malik olmaqla, regionda yeni iqtisadi, nəqliyyat əlaqələrinin qurulmasına mühüm töhfə verəcək.

Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisi Ziyəddin Həsənov bildirib ki, yolun ümumi uzunluğu 123,6 kilometrdir.

Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi isə mərhələli şəkildə aparılır. Birinci mərhələsi Horadiz-Yuxarı Mərcanlı-Şükürbəyli-Soltanlını, ikinci mərhələ isə Soltanlı-Qumlaq-Həkəri-Mincivan stansiyalarını əhatə edir. Üçüncü mərhələ üzrə də işlər aktiv şəkildə davam etdirilir.

O da qeyd olunub ki, layihənin yekun tamamlanma tarixi bir sıra texniki və təşkilati amillərdən asılıdır. Bu səbəbdən dəqiq tarix müəyyən edilməyib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Chosen
15
4
nocomment.az

5Sources