EN

UEFA “Facebook” səhifəsində Elvin Cəfərquliyevlə komandanın maskotunun maraqlı görüntüsünü paylaşıb VİDEO

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Avropa Futbol Assosiasiyaları İttifaqının(UEFA) rəsmi “Facebook” səhifəsində “Qarabağ” klubunun müdafiəçisi Elvin Cəfərquliyevlə komandanın maskotu “Kəhər”in maraqlı görüntüləri paylaşılıb.

İdman.Biz xəbər verir ki, görüntüdə “Çelsi” ilə oyundan sonra 25 yaşlı müdafiəçimizin maskotla bərabər əyləndiyi əks olunub.

“Çempionlar Liqası kontekstində” - UEFA paylaşıma şərh olaraq yazıb.

Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Çelsi”ni qəbul edib. Oyun qollu bərabərliklə yekunlaşıb - 2:2. Bu nəticədən sonra Ağdam təmsilçisi turnir cədvəlində 12-ci pillədədir.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
34
1
icma.az

2Sources