2025-ci ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 428,5 milyon manatlıq sənaye məhsulu istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib.
FED.az bu barədə Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məhsulun və xidmətlərin 85,7 milyon manatı, yaxud 20,0 faizi dövlət sektorunun sənaye müəssisələri, 342,8 milyon manatı, yaxud 80,0 faizi qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri (fiziki şəxslər) tərəfindən istehsal edilib.
Emal sektorunun müəssisələri tərəfindən 383,6 milyon manatlıq məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan 92,6 milyon manat qida məhsulları istehsalı, 15,2 milyon manat içki, 184,9 milyon manat metallurgiya sənayesi məhsulları, 42,4 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 48,5 milyon manat digər məhsulların istehsalı təşkil edib.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2025-ci il yanvar-sentyabr ayları ərzində 28,0 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 15,7 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilib.