EN

ABŞ ordusu narkotik daşıyan kateri belə məhv etdi ANBAAN VİDEO

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Karib dənizinin beynəlxalq sularında narkotik daşımaq üçün istifadə olunan kater Amerika qüvvələri tərəfindən məhv edilib.Bizim.Media xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset "X" sosial şəbəkəsində məlumat verib.Məlumata görə, katerdə üç nəfər olub, onlar narkotik daşıyıblar. Zərbə nəticəsində hər üçü həlak olub.

 

"Daha əvvəl də qeyd etdiyimiz kimi, narkotik terrorçularının gəmilərinə hücumlar amerikalıları zəhərləməyi dayandırana qədər davam edəcək. Ölkəmizi təhdid edən bütün narko-terrorçulara: Əgər sağ qalmaq istəyirsinizsə, narkotik ticarətini dayandırın. Əgər təhlükəli narkotik alverinə davam etsəniz, sizi öldürəcəyik", - Pentaqon rəhbəri əlavə edib.

Qeyd edək ki, ABŞ ordusu son aylarda narkotik ticarəti ilə mübarizədə ən azı 18 kiçik gəmini məhv edib, nəticədə 70 nəfər ölüb.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
32
5
bizim.media

6Sources