Demokrat.az saytına istinadən ain.az xəbər verir.
2025-ci ilin bitməyinə 2 aydan az vaxt qalıb. Bu il Azərbaycan mədəniyyəti, kinosu və publisistikası xeyli itkiylə üzləşdi.Demokrat.az Bizim.Media-ya istinadən 2025-ci ildə vəfat edən tanınmış azərbaycanlıların, ictimai xadimlərin siyahısını təqdim edir.Azər BaxşəliyevAzər Baxşəliyev 2025-ci ilin yanvarın 5-də aktyor 39 yaşında vəfat edib. Onun ölüm səbəbi böyrək çatışmazlığı idi.Çimnaz SultanovaAktrisa yanvarın 15-də bağırsaq xərçəngindən dünyasını dəyişib. Onun 43 yaşı var idi.Yasin QaraməmmədliƏməkdar jurnalist Yasin Qaraməmmədli fevralın 15-də vəfat edib. O, 86 yaşında uzun sürən xəstəlikdən sonra həyata gözlərini yumdu.İlyas İsmayılovFevralın 17-də Ədalət Partiyasının sədri, keçmiş baş prokuror İlyas İsmayılov 87 yaşında vəfat edib. Onun vəfat səbəbi multiorqan çatışmazlığı olub.Ənvər HəsənovXalq artisti martın 16-da uzun sürən xəstəlikdən sonra vəfat edib. Onun 74 yaşı var idi.Ziyadxan ƏliyevƏməkdar incəsənət xadimi Ziyadxan Əliyev martın 16-da vəfat edib. Onun 76 yaşı var idi.Nağdəli XəlilovMartın 17-də dünyasını dəyişən rəssam Nağdəli Xəlilovun 79 yaşı var idi.Nicat RzazadəAprelin 24-də isə rejissor Nicat Rzazadə vəfat edib. O uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.Nadir İsrafilovTanınmış təhsil eksperti Nadir İsrafilov iyunun 28-də 73 yaşında vəfat edib.Həsən KürGənc şair iyulun 8-də beyin qanaması nəticəsində vəfat edib. Onun 29 yaşı var idi.Soltan Abbas92 yaşlı şair-publisist Soltan Abbas iyulun 19-da vəfat edib.Xanhüseyn KazımlıAzərbaycan Sosial Rifah Partiyasının keçmiş sədri, sabiq deputat Xanhüseyn Kazımlı iyulun 24-də 83 yaşında vəfat edib.Arif BabayevAvqustun 1-də Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev dünyasını dəyişib. Sənətkarın 87 yaşı var idi.Brilyant BabayevaŞəki Dövlət Dram Teatrının aktrisası Brilyant Babayeva avqustun 2-də vəfat edib.Elçin ƏfəndiyevAvqustun 3-də Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyev dünyasını dəyişib. Onun 82 yaşı var idi. Qeyd edək ki, mərhum yazıçı görkəmli dramaturq İlyas Əfəndiyevin oğlu idi.Kəramət ŞükürovAvqustun 13-də şair, nasir, jurnalist Kəramət Şükürov vəfat edib. Onun meyiti küçədə aşkar olunub, vəfat səbəbi isə infarkt olub.Vüqar TapdıqlıAvqustun 14-də yazıçı, prodüser Vüqar Tapdıqlı dünyasını dəyişib. Onun 63 yaşı var idi.Vidadi Babanlı“Şöhrət ordenli” yazıçı Vidadi Babanlı avqustun 16-da dünyasını dəyişib.Məmməd İsmayıl85 yaşlı şair, publisist Məmməd İsmayıl avqustun 19-da vəfat edib. Onun vəfat səbəbi ürək çatışmazlığı olub.Arif Abdüloğlu86 yaşlı şair, publisist Arif Abdüloğlu avqustun 20-də dünyasını dəyişib.Zaur MəhərrəmovTanınmış rejissor, ssenarist Zaur Məhərrəmov avqustun 24-də vəfat edib. Onun 87 yaşı var idi.Rüstəm QaraxanlıJurnalist, siyasi şərhçi Rüstəm Qaraxanlı avqustun 27-də dünyasını dəyişib.Nazim BəykişiyevXalq rəssamı, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev sentyabrın 8-də dünyasını dəyişib.Hacı Murad YagizarovAzərbaycan teatr və kino aktyoru, xalq artisti Hacı Murad Yagizarov 13 sentyabr 2025-ci ildə Almaniyada vəfat edib. 16 sentyabrda nəşi Azərbaycana gətirilib. Təzəpir məscidində vida mərasimi keçirildikdən sonra İkinci Fəxri Xiyabanda dəfn olunub.Cabir İmanovƏməkdar artist Cabir İmanov sentyabrın 29-da infarkt səbəbilə həyatını itirib. Onun 49 yaşı var idi.Oqtay ŞirəliyevOktyabrın 3-də Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev dünyasını dəyişib. Onun 75 yaşı var idi.Əminə Yusifqızı9 oktyabrda vəfat edən xalq artisti Əminə Yusifqızının 89 yaşı var idi.Nizami RəhmanlıOktyabrın 12-də vəfat edən jurnalist Nizami Rəhmanlının 73 yaşı var idi.Əlisəmid KürŞair Əlisəmid Kür oktyabrın 13-də dünyasını dəyişib.Ramiz QuliyevOktyabrın 15-də dünyasını dəyişən xalq artisti, tarzən Ramiz Quliyevin 78 yaşı var idi.Fatma HüseynovaMəşhur pambıq ustası, Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova oktyabrın 16-da 86 yaşında vəfat edib.Rəşad BəxtiyarovƏməkdar artist Rəşad Bəxtiyarov oktyabrın 16-da uzunsürən xəstəlikdən sonra vəfat edib. Onun 46 yaşı var idi.Vahid ƏliyevƏməkdar artist Vahid Əliyev oktyabrın 6-da 73 yaşında dünyasını dəyişib. Aktyor bir neçə il öncə infakt keçirmiş və daha sonra əməliyyat olunmuşdu.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.