EN

Rusiya və Myanma noyabrda birgə dəniz təlimləri keçirəcək

Rusiya və Myanma noyabrın ikinci ongünlüyündə “Marumex” birgə dəniz təlimləri keçirəcək.

Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Tərəflər qarşıdakı manevrlərin təfərrüatları barədə razılığa gəliblər. Danışıqlar Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Aleksandr Moiseyev və Myanma İttifaqı Respublikasının Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Htein Vin arasında olub.

Danışıqlar zamanı hərbi təhsil və dəniz təhlükəsizliyi də daxil olmaqla dəniz əməkdaşlığı məsələləri də müzakirə edilib. Admiral Moiseyev dəniz sahəsində Rusiya-Myanma münasibətlərini səciyyələndirən yüksək etimad və qarşılıqlı anlaşma səviyyəsini qeyd edib.

Myanma Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti səfər çərçivəsində Vladivostokda olub və Sakit Okean donanmasının “Rusiya Federasiyası Qəhrəmanı Aldar Tsıdenjapov” korvetinə minib.

Bəxtiyar CƏFƏRLİ

Chosen
54
herbiand.az

1Sources