EN

Qardaşı Voytsex Şensnının sirrini açıqladı O, seyrçi olmağa üstünlük verir

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Voytsex Şensnının qardaşı Yan Şensnı "Barselona"nın qapıçısı ilə bağlı maraqlı açıqlaması ilə diqqət çəkib. 

Fanat.Az xəbər verir ki, o, qardaşının kataloniyalıların ehtiyat qapıçısı olmaq istədiyini açıqlayıb. 

"Barca Universal" Yanın fikirlərini belə çatdırıb: 

"Voytsex həmişə hazırdır, amma o, matçların iştirakçısı olmaqdansa, seyrçi olmağa üstünlük verir. Yəni "çərçivə"də deyil, ehtiyat oyunçular skamyasında əyləşmək, yalnız zərurət yarandığı təqdirdə əlcəklərini geyinməyi arzulayır".

35 yaşlı polşalı zədədən əziyyət çəkən əsas qapıçı Xuan Qarsiyanı əvəzləyir. Veteran qolkiper cari mövsümdə 8 matçda 15 qol buraxıb.

"Barselona" son olaraq Çempionlar Liqasında Belçikanın "Brügge" klubu ilə heç-heçə oynayıb - 3:3. Voytsex qapısına vurulan altı zərbədən üçünü qaytara bilməyib. 

Hans-Diter Flikin yetirmələri noyabrın 9-da La Liqada "Selta" ilə qarşılaşacaq.

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
1
fanat.az

2Sources