EN

Media Azərbaycan dilinin qorunmasında mühüm rol oynayır - Natiq Məmmədli

Bakı. Trend:

Prezident İlham Əliyevin dövlət dili ilə bağlı çağırışıyerindədir və biz öz işimizi bu istiqamətdə qurmalıyıq.

Trend xəbərverir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçıdirektorunun müavini Natiq Məmmədli jurnalistlərə açıqlamasındadeyib.

O bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyimünasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyev Azərbaycandili ilə bağlı bir sıra konseptual fikirlər səsləndirdi:

"Alimlər, yazıçılar, şairlər, dövlət qulluqçuları və xüsusilə dəjurnalistlərə Azərbaycan dilinin saflığının qorunması vəyaşadılması ilə bağlı çağırış etdi. Cənab Prezident İlham Əliyevinfikirlərindən çıxış edərək bu gün mediada dilin inkişafına həsrolunmuş bir konfrans təşkil etmişik. Konfransın əsas mövzusumediada Azərbaycan dilinin düzgün tətbiqi ilə bağlıdır.

Bu tədbirdə iki panel müzakirəsi keçiriləcək. Birinci paneldəteleviziya və radioda Azərbaycan dilinin tətbiqi ilə bağlımütəxəssislər tərəfindən müzakirələr aparılacaq. İkinci paneldə isəinternet və onlayn mediada dilin problemləri və yeni çağırışlarbarədə fikirlər bölüşüləcək".

"Hesab edirik ki, Cənab Prezident İlham Əliyevin dövlət dili iləbağlı çağırışı yerindədir və biz öz işimizi bu istiqamətdəqurmalıyıq. Azərbaycan dili təkcə gündəlik ünsiyyət vasitəsi deyil,fəlsəfi, elmi və publisistik fikirləri yüksək səviyyədə ifadə edəbilən zəngin bir dildir. Məhz bu səbəbdən media dilin qorunmasındamühüm rol oynayır. Çünki Azərbaycan dili əsasən məhz mediada işləkvəziyyətdədir. Bu isə jurnalistlərin üzərinə böyük məsuliyyətqoyur. Bundan sonra da çalışmalıyıq ki, Azərbaycan dilininsaflığını qoruyaq, onu yad təsirlərdən uzaq tutaq və gələcəknəsillərə layiqincə çatdıraq",- deyə o əlavə edib.

Məqalədə:
Chosen
13
1
az.trend.az

1Sources