EN

Yasamal ictimaiyyəti Zəfər Gününü qeyd edir Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Yasamal Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində 8 Noyabr - Zəfər Gününə həsr edilmiş “Suverenliyimizin Zəfər təntənəsi” adlı bayram tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Milli Konservatoriyasında baş tutan tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, dövlət rəsmiləri, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ali məktəb rektorları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin müasir Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi yaddaşlara həkk olunduğu bildirib.

Qeyd edilib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Qarabağ azad edilib və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Elşad Həsənov bildirib ki, bu qələbə şəhidlərimizin qanı, qazilərimizin cəsarəti sayəsində əldə olunub. Azərbaycan Prezidenti İlham Əliyevin 8 noyabr 2020-ci il tarixində Şuşanın ermənilərdən azad edilməsi münasibətilə xalqa müraciəti böyük tarixi bir hadisə olub.Uzun illər boyu bütün Azərbaycan xalqı belə bir çıxış gözləyir və arzular qururdu. Bu gün Azərbaycan bayrağı Şuşada, Xankəndində və digər azad edilmiş torpaqlarımızda dalğalanır.

Bildirilib ki, bu gün Qarabağda geniş miqyaslı quruculuq və bərpa işləri həyata keçirilir,milli-mədəni abidələrimiz bərpa edilir. Elşad Həsənov bu mənada Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətini vurğulayıb.

Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının birgə hazırladığı və Vətən Müharibəsinə həsr edilən filmə baxış keçirilib. Tədbir Azərbaycan Milli Konservatoriyasının tanınmış incəsənət ustalarının ifasında bayram konserti ilə davam etdirilib. İncəsənət xadimlərinin ifaları xüsusi rəng qataraq tədbir iştirakçılarına həssas anlar yaşadıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
50
qafqazinfo.az

10Sources