EN

İranda güclü zəlzələ baş verib

İranın Fars əyalətinin Vəravi şəhərində bu gün səhər saatlarında ard-arda iki zəlzələ baş verib.

XəzərNews.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, ilk zəlzələ Rixter cədvəli üzrə 4,1 bal gücündə olub.

Sözügedən şəhərdə ikinci zəlzələ isə 3,8 bal gücündə qeydə alınıb. Hər iki yeraltı təkan 10 kilometrlik dərinlikdə meydana gəlib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Xəbər 3 dəfə oxunub.
Chosen
54
6
xezernews.az

7Sources