Azərbaycanda “Neft Daşları” yatağının istismara verilməsindən bu günədək burada 181,8 milyon ton neft və 14,2 milyard kubmetr qaz hasil edilib. Bu barədə SOCAR məlumat yayıb.
Məlumata görə, 1 noyabr 2025-ci il tarixinə olan göstəricilər yatağın uzunmüddətli hasilat tarixini əks etdirir.
1949-cu il noyabrın 7-də yatağın ilk quyusundan sutkada 100 ton neft çıxarılmaqla, açıq dənizdə sənaye üsulu ilə neft hasilatının əsası qoyulub. Bu hadisə dünya dəniz neft hasilatının başlanğıcı hesab olunur.
N.Təbrizli