AZ

“Neft Daşları” yatağından 181,8 milyon ton neft hasil edilib

 

Azərbaycanda “Neft Daşları” yatağının istismara verilməsindən bu günədək burada 181,8 milyon ton neft və 14,2 milyard kubmetr qaz hasil edilib. Bu barədə SOCAR məlumat yayıb.

Məlumata görə, 1 noyabr 2025-ci il tarixinə olan göstəricilər yatağın uzunmüddətli hasilat tarixini əks etdirir.

1949-cu il noyabrın 7-də yatağın ilk quyusundan sutkada 100 ton neft çıxarılmaqla, açıq dənizdə sənaye üsulu ilə neft hasilatının əsası qoyulub. Bu hadisə dünya dəniz neft hasilatının başlanğıcı hesab olunur.

N.Təbrizli

Seçilən
37
1
anews.az

2Mənbələr