
BMT Təhlükəsizlik Şurası ABŞ-nin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əş-Şaraya qarşı sanksiyalarının ləğvi ilə bağlı qətnamənin lehinə səs verib.
Missiya.Az xəbər verir ki, bu barədə Suriyanın “SANA” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, qətnamə layihəsi Şuranın 15 üzvündən 14-ü tərəfindən bəyənilib, Çin isə bitərəf qalıb. Qətnamədə Suriyanın daxili işlər naziri Ənəs Xəttabın adının beynəlxalq sanksiyalar siyahısından çıxarılması barədə qərar da yer alıb.
Qeyd olunub ki, Əhməd Əş-Şara noyabrın 10-da Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcək.
Daşqın HəsənovMissiya.Az