EN

Pakistanın baş naziri bu gün Azərbaycana gəlir - FOTO

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif 7-8 noyabrda Azərbaycanda rəsmi səfərdə olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
 
Qeyd olunub ki, Azərbaycana səfəri zamanı Şahbaz Şərif Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirak edəcək.
 
"Səfər zamanı baş nazir Zəfər Günü münasibəti ilə rəsmi mərasimlərdə iştirak edəcək və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Danışıqlarda əsas diqqət ikitərəfli münasibətlərin bütün spektrinin müzakirəsinə və ticarət, investisiya, enerji, müdafiə, təhsil və regional əməkdaşlıq daxil olmaqla müxtəlif sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi üçün yeni istiqamətlərin müəyyən edilməsinə yönələcək", - Pakistan XİN-in məlumatında bildirilir.

 

Chosen
14
7
moderator.az

10Sources