EN

Özbəkistan ABŞ-yə 100 milyard dollardan çox sərmayə yatıracaq - Tramp

ABŞ Prezidenti Donald Tramp "Truth Social" kanalında ABŞ və Özbəkistanla ticarət razılaşması əldə etdiklərini açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, müqavilə əsasən, ABŞ-yə 100 milyard dollardan çox sərmayə yatırılacaq.

ABŞ Prezidenti yazıb: “Mən ABŞ və Özbəkistan arasında inanılmaz ticarət-iqtisadi sazişi elan etməkdən məmnunam”.

Müqaviləyə əsasən, Özbəkistan növbəti 3 il ərzində ABŞ-dən 35 milyard dollar, növbəti 10 ildə isə 100 milyard dollardan çox investisiya alacaq və yatıracaq.

"Pul Amerikanın əsas sektorlarına, o cümlədən mühüm mineral hasilatı, aviasiya, avtomobil hissələrinin istehsalı, infrastruktur, kənd təsərrüfatı, enerji və kimya, informasiya texnologiyaları və s. kimi sahələrə gedəcək", - postda deyilir.

Tramp Özbəkistan prezidentinə də təşəkkürünü bildirib və ABŞ-ın iki ölkə arasında uzun və səmərəli münasibətləri səbirsizliklə gözlədiyini vurğulayıb.


Telegram kanalımız
Chosen
27
1
yenisabah.az

2Sources