ABŞ prezidenti Donald Tramp Truth Social-da ABŞ və Özbəkistanla ticarət razılaşması əldə etdiklərini açıqlayıb.
QHT.az xəbər verir ki, müqavilə ABŞ-a 100 milyard dollardan çox sərmayə qoyacaq. ABŞ prezidenti yazıb: “Mən ABŞ və Özbəkistan arasında inanılmaz ticarət-iqtisadi sazişi elan etməkdən məmnunam”.
Razılaşmaya əsasən, Özbəkistan ABŞ-a qarşıdakı üç il ərzində 35 milyard dollar, növbəti 10 ildə isə 100 milyard dollardan çox sərmayə alacaq və yatıracaq.
“Pul Amerikanın əsas sektorlarına, o cümlədən kritik minerallar, aviasiya, avtomobil hissələri istehsalı, infrastruktur, kənd təsərrüfatı, energetika və kimya, informasiya texnologiyaları və digər sahələrə gedəcək”, - yazıda deyilir.
Tramp həmçinin əlavə edib ki, Özbəkistan prezidentinə təşəkkür edir və ABŞ-ın ölkələr arasında uzun və səmərəli münasibətlərə ümid etdiyini vurğulayıb.
R.İmanov