Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfər proqramı açıqlanıb.“Qafqazinfo” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, noyabrın 7-8-də baş tutacaq səfər çərçivəsində Ş.Şərif Bakıda Zəfər Günü ilə bağlı keçiriləcək hərbi paradda iştirak edəcək.Bununla yanaşı, Pakistan Baş naziri Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirəcək.


