EN

Oreşnik lər Belarusda: Forbes Ukraynanı hansı təhlükə gözlədiyini yazdı

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Ötən həftə Aleksandr Lukaşenko ölkədə Rusiyaya məxsus orta mənzilli ballistik "Oreşnik” raketlərinin yerləşdirildiyini bildirib. 

Qaynarinfo xəbər verir ki, "Forbes” bunun Ukraynanın müdafiə qabiliyyətinə necə təhdid yarada biləcəyini qiymətləndirib.

Nəşr xatırladır ki, "Oreşnik” raketləri ilk dəfə 2024-cü ilin noyabrında buraxılanda onlar atmosferin yuxarı qatları ilə uçurdu, bu isə Ukraynanın hava hücumundan müdafiə sistemləri tərəfindən onların aşkarlanmasını çətinləşdirirdi. Bundan əlavə, "Oreşnik”lər bir neçə min kilometr sürətlə hərəkət edir ki, bu da Ukrayna üçün əlavə problemlər yaradır.

Bununla yanaşı, bu ballistik raketlərin Belarusda yerləşdirilməsi Rusiyanın Ukrayna ərazisinə zərbə potensialını artırır, – deyə nəşr vurğulayır.

"Minsk Kiyevdən cəmi 440 kilometr, Moskva isə Ukraynanın paytaxtından 1500 kilometr uzaqlıqda yerləşir. Coğrafi vəziyyəti nəzərə alaraq, əgər Rusiya "Oreşnik”ləri Belarus ərazisindən Ukraynaya qarşı buraxmaq qərarına gəlsə, bu, Ukrayna üçün daha ölümcül hücumlara səbəb ola bilər. Çünki ruslar kritik infrastruktur obyektlərinə daha sürətli zərbələr endirə biləcəklər”, – deyə məqalədə bildirilir.

Bundan başqa, məqalədə qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin indi bu ballistik raketlərin mümkün yerləşdirilməsinə reaksiya vermək üçün daha az vaxtı olacaq.

"Forbes” vurğulayır ki, Ukrayna Belarusdakı vəziyyəti diqqətlə izləyəcək və gələcək hücum ehtimalı fonunda zəruri ehtiyat tədbirlərinə hazırlaşacaq.

Bundan əvvəl Belarusda bildirmişdilər ki, Rusiya istehsalı olan orta mənzilli hipersəs raket sistemi "Oreşnik”i dekabr ayında yerləşdirməyi planlaşdırırlar.

Qeyd edək ki, Aleksandr Lukaşenko bu raketin ölkədə yerləşdirilməsini "Qərbin eskalasiyasına cavab” kimi qiymətləndirib.

Həmçinin daha əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Maluk məlumat vermişdi ki, Ukraynanın müdafiə qüvvələri Rusiyanın ərazisində yerləşən üç "Oreşnik”dən birini məhv edib.

Alpər

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
40
qaynarinfo.az

1Sources