EN

"Barsa"nın futbolçusunun sevgilisi hamilədir: Bəs toy nə vaxt olacaq?

"Barselona"nın müdafiəçisi Andreas Kristensen ötən mövsümün böyük hissəsini zədələr səbəbindən buraxıb. Publika.az xəbər verir ki, danimarkalı futbolçu La Liqada cəmi 5 oyunda meydana çıxıb, amma “Barsa” həmin görüşlərin hamısında qələbə qazanıb.

Publika.az xəbər verir ki, futbolçu nəhayət ki, tam bərpa olub və 2025/26 mövsümündə artıq ötən ildəkindən daha çox oynayıb. Bundan əlavə, Kristensen tezliklə ikinci dəfə ata olacaq. Onun sevgilisi Katrin Fris ilə tanış olaq.

Katrin Foqt Fris 1997-ci il iyunun 13-də anadan olub. O, 28 yaşındadır və Danimarka millisinin müdafiəçisindən bir yaş kiçikdir. Fris peşəkar bikini modelidir. O, bir çox məşhur qadın geyim və çimərlik markalarının reklam kampaniyalarında iştirak edib, lakin son illərdə təkliflərə daha seçici yanaşır. Onun “Instagram” hesabında 107 min izləyici var, lakin bikini fotoları demək olar ki, qalmayıb. Yalnız köhnə paylaşımlarda tapmaq mümkündür.

Chosen
44
publika.az

1Sources