EN

Xankəndi Zəfər Gününə belə hazırlaşır FOTOLAR

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xankəndi şəhərində Zəfərin 5 illiyi münasibətilə möhtəşəm konsert proqramı təşkil olunacaq.

"Unikal" xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında  Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən konsert, noyabrın 8-də axşam saat 18:00-da şəhərin Zəfər meydanında baş tutacaq.

Artıq konsertlə bağlı hazırlıq işlərinə start verilib. Meydanda səhnə, küçə və prospektlərdə isə zəfər ruhunu əks etdirən kompozisiyalar, işıqlandırmalar quraşdırılır. Şəhər bayram ab-havasına bürünüb.  Zəfər konsertində tanınmış ifaçılar,  incəsənət xadimləri çıxış edəcək, vətənpərvərlik ruhunda mahnılar səslənəcək. Tədbirin sonunda isə atəşfəşanlıqla Zəfərin 5 illiyi qeyd olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
6
unikal.az

10Sources