AZ

Xankəndi Zəfər Günü konsertinə hazırlaşır - FOTO

Xankəndi şəhərində Zəfərin 5 illiyi münasibətilə möhtəşəm konsert proqramı təşkil olunacaq.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında  Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən konsert, noyabrın 8-də axşam saat 18:00-da şəhərin Zəfər meydanında baş tutacaq.

Artıq konsertlə bağlı hazırlıq işlərinə start verilib. Meydanda səhnə, küçə və prospektlərdə isə zəfər ruhunu əks etdirən kompozisiyalar, işıqlandırmalar quraşdırılır.

Şəhər bayram ab-havasına bürünüb.  Zəfər konsertində tanınmış ifaçılar,  incəsənət xadimləri çıxış edəcək, vətənpərvərlik ruhunda mahnılar səslənəcək.

Tədbirin sonunda isə atəşfəşanlıqla Zəfərin 5 illiyi qeyd olunacaq.

Seçilən
3
6
qaziler.az

10Mənbələr