EN

Azərbaycan - BƏƏ Birgə Biznes Şurasının həmsədrlərinin ilk iclası keçirilib (FOTO)

Bakı.Trend:

Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri Birgə Biznes Şurasınınhəmsədrlərinin ilk iclası keçirilib.

Tədbirdə Biznes Şuranın ilk iclasına hazırlıq işləri, hər ikiölkənin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsiimkanları, birgə layihələrin icrası müzakirə edilib.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja şəhərində Azərbaycan –BƏƏ Birgə Biznes Şurasının həmsədrləri - Kiçik və Orta Biznesinİnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovvə BƏƏ-nin Ticarət və Sənaye Palataları Federasiyasının sədrmüavini və Şarja Ticarət və Sənaye Palatasının (SCCI) sədriAbdullah Əl-Uveys görüşüblər. Görüşdə həmçinin KOBİA və müvafiqpalataların nümayəndələri, iş adamları iştirak ediblər.

Görüşdə Biznes Şuranın ilk iclasına hazırlıq işlərinə, eləcə dəhər iki ölkənin biznes dairələri arasında əməkdaşlığıngenişləndirilməsi imkanlarına, birgə layihələrin icrasına dairmüzakirələr aparılıb. Sənaye, kənd təsərrüfatı, turizm, logistikavə İKT kimi Azərbaycan üçün prioritet sahələrdə Biznes Şuranınpotensialından geniş istifadə olunması qeyd edilib. KOB-larınrəqəmsal və yaşıl keçidinin təşviqi istiqamətində görülən işlərinbu sahələrdə qarşılıqlı investisiya qoyuluşlarını aktuallaşdırdığıdiqqətə çatdırılıb.

Qeyd edək ki, Azərbaycan – BƏƏ Birgə Biznes Şurasınınyaradılması haqqında 2025-ci ildə KOBİA və Birləşmiş ƏrəbƏmirliklərinin Ticarət və Sənaye Palataları Federasiyası arasındaAnlaşma Memorandumu imzalanıb. Biznes Şurasının yaradılmasındaməqsəd hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığı təşviqetməklə ticarət, investisiya, sənaye kimi sahələrdə əlaqələrigenişləndirməklə ölkələrimiz arasında iqtisadi münasibətlərininkişafına töhfə verməkdir.

KOBİA və BƏƏ-nin Ticarət və Sənaye Palataları Federasiyasıarasında ikitərəfli görüş də keçirilib. Görüşdə palata iləəməkdaşlıq məsələləri, hər iki qurumun imkanlarından bizneslərarasında əlaqələrin inkişafında istifadə məsələləri nəzərdənkeçirilib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
36
9
az.trend.az

10Sources