EN

Tramp İrana qarşı sanksiyaları bir il də uzatdı


ABŞ Prezidenti Donald Tramp İrana qarşı birtərəfli sanksiyaların müddətini bir il də uzadıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrində yerləşdirilən bəyanatda öz əksini tapıb.
Amerika liderinin bəyanatında ABŞ-İran münasibətlərinin hələ də normallaşmadığı və 19 yanvar 1981-ci il tarixli ikitərəfli razılaşmaların həyata keçirilməsi prosesinin davam etdiyi ifadə edilir.
Bu, ABŞ və İran arasında Əlcəzair razılaşmasına aiddir. Onlar 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girovluqda qalan amerikalı diplomatların azad edilməsinə səbəb olub. Bu sənədlər, xüsusilə, bir-birinin daxili işlərinə qarışmamaq prinsipini təsbit edir.
“Buna görə də, 1979-cu il noyabrın 14-də elan edilmiş milli fövqəladə vəziyyət və daha sonra həmin fövqəladə vəziyyətin aradan qaldırılması üçün qəbul edilmiş tədbirlər 14 noyabr 2025-ci il tarixindən sonra da qüvvədə qalacaq. Mən İranla bağlı milli fövqəladə vəziyyətin müddətini bir il uzadıram”, - deyə Tramp bəyanatda bildirib.
Chosen
7
2
yeniavaz.com

3Sources