EN

Xankəndidə möhtəşəm konsert proqramı keçiriləcək - FOTOLAR

Xankəndi şəhərində Zəfərin 5 illiyi münasibətilə möhtəşəm konsert proqramı təşkil olunacaq.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında  Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən konsert, noyabrın 8-də axşam saat 18:00-da şəhərin Zəfər meydanında baş tutacaq.

Artıq konsertlə bağlı hazırlıq işlərinə start verilib. Meydanda səhnə, küçə və prospektlərdə isə zəfər ruhunu əks etdirən kompozisiyalar, işıqlandırmalar quraşdırılır. Şəhər bayram ab-havasına bürünüb.

Zəfər konsertində tanınmış ifaçılar, incəsənət xadimləri çıxış edəcək, vətənpərvərlik ruhunda mahnılar səslənəcək. Tədbirin sonunda isə atəşfəşanlıqla Zəfərin 5 illiyi qeyd olunacaq.

Chosen
12
7
cebheinfo.az

10Sources