EN

Avropa İttifaqı Gürcüstanı təhlükəsizlik proqramlarından kənarlaşdırıb – ÖZƏL

Avropa İttifaqı (Aİ), Gürcüstanın təhlükəsizlik və mütəşəkkil cinayətkarlıqla bağlı Aİ tərəfindən maliyyələşdirilən regional layihələrdə iştirakını dayandırıb.

Olaylar.az xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinskinin ölkənin Xarici İşlər Nazirliyinə ünvanladığı və "Rustavi 2" telekanalının əldə etdiyi məktubda bildirilir.

Məktubda qeyd olunur ki, bu qərar "Gürcüstandakı müstəsna vəziyyətlə bağlıdır" və 27 iyun 2024-cü il tarixli Avropa Şurasının qərarına uyğundur. Həmin qərar faktiki olaraq Gürcüstanın Aİ-yə üzvlük prosesinin dayandırılması ilə nəticələnib.

Herçinski məktubda, Gürcüstanın daxili işlər və ədliyyə nazirliklərinin nümayəndələrinə aid olan üç regional layihədən kənarlaşdırıldığını dəqiqləşdirib:
1. Europol dəstəyi ilə Şərq Tərəfdaşlığında mütəşəkkil cinayətkarlıqla mübarizə.
2. Mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq (TOPCOP II).
3. Aİ-də Narkotik Monitorinqi layihəsi (EU4MD II).

Gürcüstanın proqramlardan kənarlaşdırılması 15 oktyabr tarixindən qüvvəyə minib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
21
olaylar.az

1Sources