EN

Abşeron və Səbail rayonlarında oğurluq edən 3 nəfər saxlanılıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 7 noyabr, AZƏRTAC

Səbail rayonu ərazisində yerləşən evlərin birindən 7 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 34 yaşlı A.Nəcəfova müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində daha bir oğurluq hadisəsi zamanı pul və mobil telefon oğurlamaqda şübhəli bilinən 62 yaşlı C. Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.

Abşeron rayonunda isə bir evdən qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı E.Əliyevin saxlanılması da təmin edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
6
azertag.az

10Sources