EN

Rüşvət qalmaqalında adı hallanan ekspertin işi araşdırılmaq üçün məhkəməyə göndərildi

Bakı.Trend:

Rüşvət müqabilində rəy verməkdə təqsirləndirilən ekspertbarəsində cinayət işi məhkəməyə göndərilib.

Trend xəbərverir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Ədliyyə NazirliyininMəhkəmə Ekspertizası Mərkəzinin İqtisad Ekspertizalar şöbəsininsabiq aparıcı eksperti Rüfət Sultanovun qanunsuz əməllərinə dairhəmin qurumdan daxil olmuş material üzrə Baş Prokuror yanındaKorrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işininistintaqı tamamlanıb.

İbtidai istintaqla Rüfət Sultanovun qeyd olunan vəzifədəişlədiyi dövrdə Cavad Nərimanov və Elvin Ramazanovla cinayətəlaqəsinə girərək daxili işlər orqanlarında istintaqı aparılancinayət işi üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasıqərarının vətəndaş Akif Məlikovun lehinə icra edilərək müvafiqrəyin verilməsi müqabilində ondan 25 min manat məbləğində pulvəsaitini rüşvət qismində istəyərək 20 min manat məbləğində olanhissəsini almalarına, bundan başqa, Elvin Ramazanov və CavadNərimanovun əlavə olaraq Akif Məlikovun 40 min manat məbləğində pulvəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələrmüəyyən edilib.

Toplanmış sübutlar əsasında Rüfət Sultanova AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvətalma), Elvin Ramazanov və Cavad Nərimanova həmin Məcəllənin178.2.1, 178.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindənxeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 32.5,311.3.3-cü (külli miqdarda rüşvət almağa kömək etmə) maddələri iləittiham elan edilməklə barələrində istintaq orqanının vəsatəti,ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroruntəqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkantədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır CinayətlərMəhkəməsinə göndərilib.

Chosen
26
26
az.trend.az

10Sources