EN

Səfərbərlik xidmətində Zəfər Günü ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində “Şanlı Zəfər – Qürur tariximizdir” adlı tədbir keçirilib.

Dövlət xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xidmətin şəxsi heyəti, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə xalqımızın ədalət və suverenlik uğrunda apardığı mübarizənin zirvəsi olan Şanlı Zəfərin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, xalqımızın birliyi, rəşadətli Silahlı Qüvvələrimizin qüdrətinin parlaq nəticəsi olduğu bildirilib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyatda olan polkovnik Cəlil Xəlilov geniş məruzə ilə çıxış edib. O, qeyd edib ki, Vətən müharibəsində qələbəyə gedən yolun bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məruzəçi bildirib ki, Ulu Öndərin siyasi irsini layiqincə davam etdirən Müzəffər Ali Baş Komandanın hərb quruculuğu sahəsində həyata keçirdiyi ardıcıl və məqsədyönlü addımlar nəticəsində ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi bərpa olunub.

Daha sonra Dövlət Xidmətinin müharibədə iştirak edən əməkdaşları döyüş xatirələri, bu gün ölkədə ordu quruculuğu, şəhid ailələri, müharibə əlilləri və veteranlara göstərilən diqqət və qayğı barədə fikirlərini iştirakçıların diqqətinə çatdırıblar.

Qeyd edək ki, Xidmətin Zəfər Gününə həsr edilən tədbirləri respublikanın bütün şəhər və rayonlarını əhatə edib.

Səfərbərlik Səfərbərlik Səfərbərlik Səfərbərlik Səfərbərlik Səfərbərlik Səfərbərlik Səfərbərlik Səfərbərlik
Chosen
41
apa.az

1Sources