EN

Ərini qaynar yağla öldürdü - FOTO

Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Üsküdar rayonunda 44 yaşlı iki uşaq anası Zeynəb G. həyat yoldaşı Sinan G.-ni qaynar yağla yandıraraq öldürüb.

Hadisə ər-arvad arasında mübahisədən sonra baş verib. Məlumata görə, 53 yaşlı Sinan G. mübahisədən sonra yataq otağına keçərək yatıb. Zeynəb G. isə mətbəxdə yağı qızdırıb və yatmış vəziyyətdə olan ərinin üzərinə töküb. Nəticədə ağır yanıq xəsarətləri alan kişi xəstəxanaya çatdırılsa da, 13 gün sonra həyatını itirib.

Zeynəb G. polis tərəfindən saxlanılıb. O, ifadəsində ərinin uzun müddətdir spirtli içki aludəçisi olduğunu və tez-tez ona fiziki şiddət göstərdiyini bildirib. Məhkəmənin qərarı ilə qadın barəsində həbs qətimkan tədbiri seçilib.

 

Chosen
10
2
musavat.com

3Sources