EN

Hava limanında 700-ə yaxın uçuş ləğv edilib- bu ölkədə...

Ajans.az xəbər verir ki,bu barədə NBC News bir neçə Amerika aviaşirkətinə istinadən məlumat yayıb. Məlumata görə, American Airlines 220, United Airlines 188, Delta Airlines 170, Southwest Airlines isə təxminən 100 reysi ləğv edib. Hökumətin bağlanması artıq 37-ci gününü tamamlayır. Bundan əvvəl Tramp administrasiyası 7 noyabrdan etibarən bir sıra iri hava limanlarında hava nəqliyyatına məhdudiyyətlər tətbiq olunacağını və bağlanma səbəbindən bəzi kosmik uçuşların müəyyən saatlarla məhdudlaşdırılacağını açıqlamışdı. ABŞ federal hökumətinin qismən bağlanması 1 oktyabr gecə yarısından maliyyə çatışmazlığı səbəbindən başlanıb. Bu vəziyyət Konqresdəki Respublikaçı və Demokrat Partiya nümayəndələrinin, o cümlədən səhiyyə xərcləri ilə bağlı büdcə məsələlərində razılığa gələ bilməməsi ilə əlaqədardır. Tərəflər hələ də kompromisə nail ola bilməyiblər və bir-birlərini bağlanmanı siyasi məqsədlərlə uzatmaqda ittiham edirlər.

Hazırkı hökumət bağlanması artıq ABŞ tarixində ən uzunmüddətli bağlanma kimi qeydə alınıb. O, Tramp administrasiyası dövründə 2018–2019-cu illərdə 35 gün davam edən əvvəlki rekordu geridə qoyub.

Chosen
62
Ajans.az

1Sources