EN

Avropa Parlamenti Kişinyovda rəsmi ofisini açdı- ÖZƏL

Avropa Parlamenti Moldovanın paytaxtı Kişinyovda yeni nümayəndəlik ofisini açıb. Olaylar.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola Moldovanın prezidenti Maya Sandu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. Metsolanın sözlərinə görə, yeni ofisin əsas məqsədi ölkənin Avropa İttifaqına inteqrasiya kursunu dəstəkləmək və Moldovada ictimaiyyətlə daha sıx əməkdaşlıq qurmaqdır. "Avropa yolunu təsdiqləmək üçün bundan yaxşı nə ola bilər ki - Avropa Parlamentinin Kişinyovda yeni ofisinin açılması", - deyə Metsola vurğulayıb. O, həmçinin yerli siyasi qüvvələr və qeyri-hökumət təşkilatları ilə geniş dialoq aparılacağını qeyd edib. Metsola Moldovada sentyabrda keçirilmiş parlament seçkilərini ölkənin "Avropa seçiminin nümunəsi" adlandırsa da, həmin seçkilər müxalifət tərəfdarlarının hüquqlarının pozulması ilə bağlı geniş tənqid olunmuşdu.

AP sədri həmçinin Moldovanın parlamentində bütün partiyaların, o cümlədən müxalifətin iştirakı ilə çıxış etdiyini bildirib. Onun sözlərinə görə, Avropa Parlamenti yalnız ayrı-ayrı siyasi qüvvələrlə deyil, bütün qanunverici orqanla əməkdaşlıq etməyə hazırdır. Metsola Moldovanın Avropa İttifaqına üzvlük danışıqlarının nə vaxt başlanacağı ilə bağlı suala cavab verməyib. O, prosesin "hər bir ölkənin fərdi nailiyyətləri" əsasında aparıldığını qeyd edib.
Qeyd edək ki, Moldova və Ukrayna hazırda Aİ-yə inteqrasiya prosesini birgə mərhələlər üzrə keçir. Lakin danışıqların başlanması Macarıstanın vetosu səbəbindən bloklanıb. Budapeşt Qərbi Ukraynada yaşayan macar azlığının vəziyyətinin yaxşılaşdırılmasını tələb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
41
olaylar.az

1Sources