EN

Qəzzada indiyədək 8 min HƏMAS üzvü öldürülüb – KİV


Qəzza zolağında silahlı qarşıdurma başladığı andan indiyədək HƏMAS hərəkatının səkkiz min yaraqlısı öldürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
“Müharibə başlayandan bəri İsrail Müdafiə Qüvvələri (IDF) 8 min Həmas terrorçusunu məhv edib”, – nəşr qeyd edir.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və 200-dən çox, o cümlədən uşaq, qadın və yaşlıların girov götürülməsi ilə müşayiət olunub. HƏMAS bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıb. Həmin vaxtdan etibarən, İsrail Qəzzanı tam mühasirəyə alıb və qisas əməliyyatına başladığını elan edib.
Chosen
620
31
yeniavaz.com

10Sources