EN

“44 gün 23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsindən sonra işğalçı ölkə faktiki olaraq məğlubiyyətlə barışmağa məcbur olub. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla ölkəmizin ərazi bütövlüyü təmin edilib. Azərbaycan Ordusu tərəfindən 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən antiterror tədbirləri isə dövlət suverenliyimizin tam şəkildə bərpası nəticələnib. Bu tarixi Zəfərin salnaməsini geniş ictimaiyyətə çatdırmaq məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “44 gün 23 saat 43 dəqiqə” adlı toplu hazırlanıb. Nəşr dövlətimizin və xalqımızın sarsılmaz birliyini, dəmir iradəsini və ədalətli mübarizəsini sənədlərlə, faktlarla və xronoloji ardıcıllıqla oxucuya təqdim edir. Şanlı Zəfərimizin 5 illiyinə həsr olunmuş kitab Azərbaycanın haqq mübarizəsinin tarixini sistemli şəkildə əks etdirir, Vətən müharibəsinin siyasi, hərbi və mənəvi tərəflərini işıqlandırır. “44 gün 23 saat 43 dəqiqə” nəşri həm arxiv dəyəri, həm də təbliğat və tədris baxımından mühüm mənbə olaraq Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini gələcək nəsillərə ötürəcək.AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
4
azvision.az

6Sources