EN

Bayraqdarlarımız Dadaş və Nilufər olacaq

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları müəyyənləşib.

Bu gün keçiriləcək açılış mərasimində üçrəngli Azərbaycan bayrağını ağırlıqqaldırma üzrə idmançımız Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə aparacaqlar. 

Dadaş Dadaşbəyli (109 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında üç qızıl, Tailandda təşkil olunan Dünya Kubokunda üç gümüş, Bəhreyndə baş tutan dünya çempionatında isə bir gümüş medal qazanıb.

Nilufər Ağazadə isə 2025-ci ildə Azərbaycan çempionu olub.

XQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
5
xalqqazeti.az

6Sources