Bakı. Trend:
Macarıstanın “MOL Group” şirkətinin Xəzər dənizinin Azərbaycansektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqlarıblokunun işlənməsi üzrə əsaslı xərcləri 2025-ci ilin üçüncü rübündə31,1 milyon dollar təşkil edib. 2024-cü ilin eyni dövründə bugöstərici 22,4 milyon dollar olub.
Trend şirkətəistinadən xəbər verir ki, bu göstərici illik ifadədə "MOL"un əsaslıxərclərinin 38,8 faiz artdığını göstərir.
2025-ci ilin üçüncü rübündə geoloji-kəşfiyyat işlərinə çəkilənxərclər 1,5 milyon dollar olub, halbuki ötən il bu rəqəm 2,6 milyondollar təşkil etmişdi. Şirkətin bu blok üzrə digər xərcləri 2024-cüilin üçüncü rübündəki 0,8 milyon dollara nisbətdə 1,2 milyondollara çatıb.
AÇG üzrə Məhsulun Pay Bölgüsü Sazişinin (PSA) iştirakçılarıadından operator kimi çıxış edən bp şirkətinin məlumatına görə,2025-ci ilin ilk üç rübü ərzində bp və onun tərəfdaşları“Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində təxminən 388 milyondollar əməliyyat xərci və təqribən 912 milyon dollar əsaslı xərcçəkiblər.
Lahiyədə iştirak paylarının bölgüsü aşağıdakı kimidir:
bp (30,37%), SOCAR (31,65%), MOL (9,57%), INPEX (9,31%),ExxonMobil (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%), ONGC Videsh(2,92%).