EN

Ərdoğan Bakı ilə İrəvan arasında uzunmüddətli sülh sazişinə ümid edir

Xalqcebhesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ümid edir ki, Azərbaycan və Ermənistan arasında sülh prosesində konstruktiv addımlar uzunmüddətli sülh sazişinin imzalanmasına gətirib çıxaracaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə liderinin noyabrın 8-də ölkəsinin qeyd edəcəyi Qarabağ müharibəsində Qələbənin ildönümü ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı müraciətdə deyilir.

“Ümid edirəm ki, bu şanlı qələbədən sonra sülh prosesi çərçivəsində atılan konstruktiv addımlar uzunmüddətli razılaşmaya gətirib çıxaracaq”, - deyib.

Məktubun mətni Azərbaycan dövlət başçısının saytında dərc olunub.

Ərdoğan “Qafqazda sülh və sabit mühitin bütün regionun rifahına xidmət edəcəyinə və Qafqazın qlobal siyasətdə strateji əhəmiyyətini daha da artıracağına” əminliyini ifadə edib.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
39
icma.az

1Sources