EN

“Xəbəri yolda gələndə eşitdim” - Pəncəli Teymurovun anası

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Aprel şəhidi Pəncəli Teymurova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Teleqraf bu münasibətlə Pəncəli Teymurovun ailəsi ilə əlaqə saxlayıb.

Milli Qəhrəmanın anası Vahimə Teymurova açıqlamasında təəssüratlarını bölüşüb:

“Şəhid ildönümünə getmişdim, yolda gələndə bu xəbəri eşitdim. Atası da bu arzu ilə yaşayıb dünyadan köçüdü. Mən də arzu edirdim ki, Allah mənə bu günü görməyi qismət etsin, ona Milli Qəhrəman adı verilməsini görüm, dünyadan köçəndə də xəbəri atasına çatdırım. Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə təşəkkürümüzü bildiririk. Allah Azərbaycanımızı, Müzəffər ordumuzu qorusun”.

Chosen
68
1
teleqraf.com

2Sources