Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.
Misli Premyer Liqasının 11-ci turunda Sumqayıtda "Araz-Naxçıvan"ın qonağı olacaq "Karvan-Yevlax" oyuna itkilərlə çıxacaq.
Bu barədə Fanat.Az-a Yevlax təmsilçisinin sözçüsü Bəhruz Musayev məlumat verib:
"Heyətdə cəzalı futbolçu yoxdur. Qapıçı Pedru Mateuş, müdafiəçi Süleyman Əhmədov və hücumçu Coy Sleyd Mikels zədə səbəbindən "Araz-Naxçıvan"a qarşı oynamayacaqlar".
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Karvan-Yevlax" oyunu noyabrın 8-də keçiriləcək. Matçın start fiti 15:44-də səsləndiriləcək.
Nihat
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.