EN

Onlar “general-leytenant” oldu

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

“Bakuinfo”nun məlumatına görə, Prezident İlham Əliyevin Sərəncamı ilə general-mayor Kənan Əlihüseyn oğlu Seyidov və general-mayor Ağamir Əzizxan oğlu Sultanova “general-leytenant” ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin rütbəsini artırdığı Kənan Seyidov və Ağamir Sultanov Vətən Müharibəsi Qəhrəmanıdırlar.

Chosen
13
6
bakuinfo.net

10Sources