AZ

İki hərbçiyə general-leytenant rütbəsi verildi

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.
 
Sitat.info xəbər verir, Prezident İlham Əliyevin Sərəncamı ilə general-mayor Kənan Əlihüseyn oğlu Seyidov və general-mayor Ağamir Əzizxan oğlu Sultanova “general-leytenant” ali hərbi rütbəsi verilib.
 
Qeyd edək ki, Prezident İlham Əliyevin rütbəsini artırdığı Kənan Seyidov və Ağamir Sultanov Vətən Müharibəsi Qəhrəmanıdırlar.
 
Seçilən
13
6
sitat.info

10Mənbələr